Home Aze Ru Eng

BDU Fizika fakültəsində Tələbə Elmi Cəmiyyətinin seminarı keçirilib

09/03/2022

09 mart 2022-ci il tarixində BDU Fizika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin növbəti seminarı keçirilib. Seminarda fakültə rəhbərliyi, müəllim və tələbələr iştirak ediblər. Seminarı fakültə TEC-in elmi rəhbəri Aida Əhmədova açıq elan edərək sözü fakültə dekanı Bəxtiyar Paşayevə verdi. Bəxtiyar Paşayev pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq son iki il ərzində fakültə TEC tərəfindən elmi seminarların online formada müntəzəm olaraq keçirildiyini, uzun fasilədən sonra bu günkü seminarın əyani şəkildə təşkil olunduğunu qeyd etdi. O, bu cür seminarların tələbələrin bir tədqiqatçı kimi formalaşmasında mühüm rol oynadığını bildirdi. Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəbli, Optika və molekulyar fizika kafedrasının müdiri Rəna Qasımova tələbələrə uğurlar arzuladılar. Sonra Fizika fakültəsi II kurs Fzing01 qrupunun tələbəsi Aysu Aslanzadə “Kainatın canavarları - qara dəliklər” mövzusunda məruzə ilə çıxış etdi. Məruzəçi şəxsi araşdırmalarının nəticəsi olaraq qara dəliklər barədə mövcud bilikləri təqdim etdi. Məruzə barədə Məmməd Rəcəbli müsbət fikirlərini bildirdi. Aysu Aslanzadə iştirakçıların suallarını cavablandırdı.  İkinci məruzə ilə Sabah qruplarının III kurs (fizika) tələbələri Səbinə Məmmədova, Firəngiz Qurbanova, Rəcəb Şükürlü “Cərəyan detektoru (indikatoru)” mövzusunda çıxış etdilər. Məruzəçilər özlərinin düzəltdikləri cərəyan detektoru barədə ətraflı məlumat verdilər və həmin detektoru praktik olaraq  nümayiş etdirdilər. Seminarın sonunda dekan Bəxtiyar Paşayev, dekan müavinləri Vüsal Məmmədov, Məhəmməd Məhərrəmov, kafedra müdirləri Rəna Qasımova və Məmməd Rəcəbli tələbələrin fəaliyyətini yüksək qiymətləndirdilər, nəzəri və praktik tədqiqatlara dair məruzələrin eyni  seminarda təqdim olunmasının təqdirəlayiq olduğunu qeyd etdilər. Həmçinin seminarda iştirak edən tələbələri müzakirələrdə fəal olmağa çağrdılar.






































































































Bookmark and Share