29 aprel 2020-ci il tarixində Fizika Fakültəsi TEC-nin ilk dəfə onlayn seminarı keçirildi. Seminarda fakültə müəllimləri, TEC üzvləri, tələbələr iştirak etdilər. Seminara TEC- in elmi rəhbəri dos. Orucov Arif öz çıxışı ilə başlayaraq qeyd etdiki dünyada sürətlə yayılmağa davam edən yeni tipli koronavirus (COVİD-19) infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısını almaq məqsədilə dövlət səviyyəsində qətiyyətli tədbirlər görülür. Ölkəmizdə xüsusi karantin rejimi elan olunub, insanların təhlükəsizliyi naminə sərt qadağalar tətbiq edilib, əhaliyə özünütəcrid tədbirlərinə uyğun davranmaq tövsiyə olunub.
Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq Bakı Dövlət Universitetinin Fizika fakültəsi Tələbə Elmi Cəmiyyəti də tələbələrin ənənəvi "Fizika bugün" adlı elmi seminarlarının məsafədən idarə olunmaqla həyata keçirilməsinə başlanılmışdır. Onlayn seminarlar Microsoft Teams platforması üzərindən məsafədən təşkil edilir və daha geniş kontingenti əhatə edir. Sonra 2-ci kurs, Fzm 157 qr. tələbəsi Kərimzadə Gülnaz “Nikola Teslanın ortaya çıxmamış kəşfləri” mövzusunda, Yarımkeçiricilər fizikası kafedrasınım 1-ci kurs magistrantı İbrahimova Aynur “Azərbaycan mütəfəkkirlərinin fiziki-fəlsəfi dünya görüşləri” mövzularında məruzələr etdilər. Hər iki çıxış fakültənin tələbə və müəllim heyəti tərəfindən maraqla qarşılandı. Sonda Arif müəllim belə seminarların davamlı olaraq keçiriləcəyini dedi və tələbələrin fəal olmasını xahiş etdi.