Home Aze Ru Eng

BDU əməkdaşı Çində nüvə fizikası üzrə beynəlxalq tədbirdə çıxış edib

13/11/2017

Çin Xalq Respublikasının Mərkəzi Çin Normal Universitetində nüvə fizikası üzrə beynəlxalq tədbir keçirilib. Tədbirin təşkilatçılarından biri  Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun İnnovativ layihələr və beynəlxalq əlaqələr üzrə direktor müavini, Azərbaycan milli nüvə tədqiqatları mərkəzinin nüvə fizikası şöbəsinin müdiri Anar Rüstəmov olub. O, müxtəlif ölkələrdən 90–a yaxın alim və mütəxəssisin qatıldığı  tədbirdəAvropa nüvə araşdırmaları təşkilatı, dünyanın ən iri yüksək enerji fizikası laboratoriyasında (CERN) yerinə yetirilmiş nüvə toqquşmaları və son nəticələr haqqında məruzə edib .

Qeyd edək ki, A. Rüstəmov hazırda CERN–də fizika qruplarından birinə rəhbərlik edir. Tədbir haqqında ətraflı məlumatı https://indico.cern.ch/event/637200/ünvanı vasitəsilə əldə etmək olar.

Bookmark and Share