Fizika fakültəsinin dekanı professor Məhəmmədəli Razamazov beynəlxalq “Frontiers in Biomedical Nanoscience & Nanotechnology (FBNN)” jurnalının baş redaktoru seçilmişdir.
Qeyd edək ki, “Frontiers in Biomedical Nanoscience & Nanotechnology (FBNN)” jurnalı FM Publisher siyahısından olan açıq akademik və peşəkar jurnaldır. FBNN-nin Redaksiya Şurası jurnalın redaksiya məzmununa tam nəzarət edir. Jurnal hal-hazırda ildə iki dəfə nəşr olunur. FBNN jurnalı Nanotexnologiya sahəsində nəzəri və empirik tədqiqatları təşviq edir. Nəşrə təqdim olunan bütün məqalələr tam yoxlamadan keçirilir. BDU Fizika fakültəsinin dekanı , professor Məhəmmədəli Ramazanovu qeyd edilən uğur münasibətilə təbrik edir, gələcək işlərində uğurlar arzu edirik.