Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar laboratoriyasında AMEA-nın İdarəetmə Sistemləri İnstitutu və universitet əməkdaşlarının "İşlənmənin son mərhələsində olan yataqlarda neftvermə əmsalının artırılması üçün nanotexnologiyaların tətbiqi ilə intellektual idarəetmə sisteminin yaradılması" mövzusunda ikinci birgə seminarı olub. Seminarda BDU-nun rektoru, akademik Abel Məhərrəmov, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə, Mexanika riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov, Hesablama riyaziyyatı kafedrasının professoru Vaqif İbrahimov, Fizika fakültəsinin dekanı prof. Məhəmmədəli Ramazanov və digər alimlər iştirak ediblər. Seminarı giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov BDU-da nanotexnologiyanın neftçıxarmaya tətbiqi ilə bağlı işlərinin hələ 2005-cı ildən aparıldığını, SOCAR-ın Azneft İB ilə və Səudiyyə Ərəbistanının Kral Əbdul Əziz Kinq Araşdırmalar Mərkəzi ilə bu istiqamətdə əməkdaşlıq edildiyini bildirdi. Akademik Telman Əliyev işlənmənin son mərhələsində olan yataqlarda neftvermənin artırılması üçün intellektual idarəetmə sisteminin yaradılması ilə bağlı uğurlu işlər aparıldığını seminar iştirakçılarının diqqətinə çatdırıb. Seminarda, bu istiqamətdə Dövlət proqramının hazırlanması barədə müzakirələr aparıldı və proqramın hazırlanması ilə bağlı iştirak edəcək tərəflər və onların görəcəyi işlər müzakirə edildi.
Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar laboratoriyasında AMEA-nın İdarəetmə Sistemləri İnstitutu və universitet əməkdaşlarının "İşlənmənin son mərhələsində olan yataqlarda neftvermə əmsalının artırılması üçün nanotexnologiyaların tətbiqi ilə intellektual idarəetmə sisteminin yaradılması" mövzusunda ikinci birgə seminarı olub.
Seminarda BDU-nun rektoru, akademik Abel Məhərrəmov, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə, Mexanika riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov, Hesablama riyaziyyatı kafedrasının professoru Vaqif İbrahimov, Fizika fakültəsinin dekanı prof. Məhəmmədəli Ramazanov və digər alimlər iştirak ediblər. Seminarı giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov BDU-da nanotexnologiyanın neftçıxarmaya tətbiqi ilə bağlı işlərinin hələ 2005-cı ildən aparıldığını, SOCAR-ın Azneft İB ilə və Səudiyyə Ərəbistanının Kral Əbdul Əziz Kinq Araşdırmalar Mərkəzi ilə bu istiqamətdə əməkdaşlıq edildiyini bildirdi.
Akademik Telman Əliyev işlənmənin son mərhələsində olan yataqlarda neftvermənin artırılması üçün intellektual idarəetmə sisteminin yaradılması ilə bağlı uğurlu işlər aparıldığını seminar iştirakçılarının diqqətinə çatdırıb.
Seminarda, bu istiqamətdə Dövlət proqramının hazırlanması barədə müzakirələr aparıldı və proqramın hazırlanması ilə bağlı iştirak edəcək tərəflər və onların görəcəyi işlər müzakirə edildi.