Home Aze Ru Eng

BDU-da AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birgə ASTROSEMİNAR keçirilib

04/12/2019

28 noyabr 2019-cu il tarixində Bakı Dövlət Universitetində AMEA Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) ilə birgə ilk ASTROSEMİNAR-ı keçirilib. Astrofizika kafedrasının müdiri vəzifəsini icra edən f.r.e.n.,dos. Kəmalə Alışeva seminarı acaraq bildirib ki, AMEA ŞAR-da BDU –nun Astrofizika kafedrasının filialının fəaliyyətinin stimullaşdırılması məqsədi ilə ASTROSEMİNAR-ın ayda bir yığıncağının  BDU-da keçirilməsi nəzərdə tutulub. İlk seminarın Bakı Dövlət Universitetinin 100 illik yubileyi ərəfəsinə düşməsini əlamətdar bir hadısə olduğunu vuruqlayaraq, o, iştirakçıları bu bayram münasibətilə təbrik etdi. Sonra məruzə üçün söz ŞAR-ın “Qoşa ulduzlar və eruptiv proseslər” şöbəsinin müdiri f.r.e.n., dos.Bayram Rüstəmova verildi. O, “Kiçik və orta kütləli cavan ulduzlarda ulduz küləyi” mövzusunda icmal məruzə ilə çıxış etdi. Məruzəçi “ulduz küləyi”nin yaranma səbəbləri, mühüm xüsusiyyətləri və Kainatın təkamülündə rolu haqqında müfəssəl məlumat verdi, kiçik və orta kütləli cavan ulduzlarda ulduz küləyinin müşahidə göstəriciləinə aid geniş icmal təqdim etdi.

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin sonunda mövzu ətrafında müzakirələr aparıldı və suallar cavablandırıldı.

Bookmark and Share