Home Aze Ru Eng

BDU-da Fizika fakültəsində Elmi Şuranın növbəti iclası keçirilmişdir

17/12/2019

16 dekabr 2019-cu il tarixdə Fizika fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilmişdir. İclası giriş sözü ilə açan dekan prof. M.Ə.Ramazanov BDU-100 illik yubileyi münasibətilə Elmi Şuranın üzvlərini təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Prof. M.Ə.Ramazanov Elmi Şuranın gündəliyinə Fakültə əməkdaşları tərəfindən 2019-cu il ərzində  həyata keçirilmiş elmi-tədqiqat işlərinin Hesabatının və cari məsələlərin daxil edildiyini bildirmişdir. Prof. M.Ə.Ramazanov Fizika fakültəsinin 2019-cu ildə fakültə əməkdaşlarının gördüyü elmi tədqiqat işlərinin hesabatını təqdim etmişdir. Dekan  bildirmişdir ki, hesabat ilində 6 qrant layihəsi üzrə işlər aparılmışdır. Bu layihələr respublika və beynəlxalq qrant layihələridir. Qrant layihələri hesabına fakültənin bir sıra əməkdaşları dünyanın tanınmış elmi mərkəzlərində və universitetlərində tədqiqat işləri aparmışlar. Hesabat ilində 2 yeni qrant layihəsi hazırlanaraq ekspertizaya təqdim edilmişdir. 2019-cu ildə AMEA-nın hesabatına daxil etmək üçün Fizika fakültəsindən 15 elmi nəticə təqdim edilmişdir. 2019-cu ildə fakültədə 1 beynəlxalq, 1 respublika elmi konfransı keçirilib, 189 məqalə (o cümlədən respublika jurnallarında 69, “D” kateqoriyalı (digər agentliklər tərəfindən indekslənən) jurnallarda 23, Web of Science Clarivate Analytics sisteminə daxil olan jurnallarda 104 məqalə (o cümlədən, “A” kateqoriyalı jurnallarda 11, “B” kateqoriyalı jurnallarda 10, “C” kateqoriyalı jurnallarda 83 məqalə) çap olunub.

Web of Science Clarivate Analytics  bazasında Azərbaycan Respublikası, Ali təhsil müəssisələri, Bakı Dövlət Universiteti və Fizika fakültəsi üzrə son 3 ildə çap olunmuş məqalərin müqasiyəli analizi göstərilmişdir. O qeyd etmişdir ki, Fizika fakültəsi Web of Science Clarivate Analytics sisteminə görə universitet elmi məhsulunun 32% n-ni verir. Nəzərə alsaq kı, fakültə demək olar ki, 2006-cı ildə özünün elmi tədqiqat laboratoriyalarını Fizika Problemləri institutunun yaranması ilə itirmişdir və 2019-cu ildə isə Nano Araşdırmalar laboratoriyası fakültədən ayrıldığı üçün yalnız kafedralarda aparılan tədqiqat işlərinin aparılması hesabına bu uğurlara nail olmuşdur. Fizika fakültəsində Journal of Low Dimensional Systems adlı beynəlxalq jurnal ingilis dilində dərc edilir. Professor Məhəmmədəli Ramazanov qeyd etmişdir ki, fakültədə ayda 2 dəfə magistrantların, 1 dəfə professor müəllim heyətinin elmi seminarı keçirilir. Fakültədə Tələbə Elmi Cəmiyyətinin strukturu çox aktiv fəaliyyət göstərir. Təsadüfi deyil ki, Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə artıq 3-cü dəfədir ki, "Mənim Elmdə İlk Addımlarım" adlı respublika konfransı keçirilir.

Fizika fakültəsinin Elmi hesabatı  Şura üzvləri tərəfindən qənaətbəxş qiymətləndirilmişdir. Sonda cari məsələlər müzakirə edilmişdir. Bununla da Elmi Şuranın iclası başa çatmışdır.
Fizika fakültəsinin 2019-cu ildə yerinə yetirilmiş işlərin ELMİ HESABATI

 

Bookmark and Share