20-22 aprel 2017-ci iltarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (Dubna, Rusiya), STAR-NET –Nüvə texologiyaları sahəsində təhsil və mütəxəssislərin hazırlığıRegional şəbəkə (Avstriya) və Roma Sapienza Universitetinin (İtaliya) birgə təçkilatçılığı ilə Bakı Dövlət Universitetində “FİZİKAYA MÜASİR BAXIŞ” (“Modern Trends in Physics”) adlı Beynəlxalq Elmi konfrans keçirilmişdir.
Konfransın işində Rusiyanın, İtaliyanın, Yaponiyanın, Türkiyyənin, Pakistanın, İranın, Braziliyanın, Gürcüstanın, Malaziyanın, Polşanın, Rusiyanın, Pakistanın və digər ölkələrin qabaqcıl Universitetlərinin və Elmi Tədqiqat İninstitutlarının alimləri iştirak etmişlər. Xarici alimlərlə yanaşı Azərbaycanın bütün bölgələrinin elm ocaqlarından və Universitetlərindən yerli alimlər öz elmi işlərini konfrans iştirakçılarının müzakirəsinə çıxarmışlar. Konfransda iştirak etmək üçün 140-dan çox alim qeydiyyatdan keçmişdir. Konfransa təqdim olunan məqalələr təşkilat komitəsi tərəfindən müzakirə olunmuşdur. Konfransın proqramı və məruzələrin xülasələri çap olunmuş, təqdim olunan məqalələr isə disklərdə bütün iştirakçılara təqdim olunmuşdur. Konfransın işi plenar iclasda akademik A.Məhərrəmovun giriş nitqi ilə başlayaraq, müasir dövrün böyük alimlərinin çıxışı ilə davam etmişdir.Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktor müavini Aleksandır Ruzayev, Ankara Universiteti Fizika fakültəsinin dekanı, professor İman Əsgərzadə, Yaponiyanın Hirosima Universitetinin professoru Tomohiro İnagaki, Polşanın Lyublin Universitetinin professoru Miroslav Kulik, Ali Attestasiya Komitəsinin sədr əvəzi, AMEA-nın müxbir üzvü Vəli Hüseynov, Pakistanın Komsats İnstitutunun professoru Arşad Salim Bhatti çıxışlarında konfransın işinə uğurlar arzulamışlar. Açılış mərasimindən sonra Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun professoru A.Arbuzovun sədrliyi ilə konfrans işini davam etmişdir. Konfransın ilk günündə 10-dan çox maraqlı elmi məruzə dinlənilmiş və geniş müzakirə olunmuşdur.
Növbəti gün konfransın işi aşağıdakı bölmələrdə davam etdirilmişdir:
Bölmələrdə müzakirə olunan məruzələrlə yanaşı stend məruzələrdə keçirilmişdir. Orta Doğu Teknik Universitetinin professoru Nizami Həsənlinin stend məruzasi xüsusi maraq yaratmışdır. Alimlərlə yanaşı Bakı Dövlət Universitetinin tələbələri də oz sualları ilə professora müraciət etmişlər.
“FİZİKAYA MÜASİR BAXIŞ” (“Modern Trends in Physics”) adlı Beynəlxalq Elmi konfrans media numayəndələrinin maraq dairəsindən kənar qalmamışdır. AzTV, İctimai TV, ATV və digər yerli kanalların “Xəbərlər” verlişlərində ön yer tutmuşdur. 22 apreldə AzTV-nin “Səhər” musiqili-informasiya verlişində Fizika fakültəsinin dekanı və xaricidən gələn alimlər konfransın işi və yekunları haqqında oz fikirlərini azərbaycan tamaşıçıları ilə böluşmuşlər.
Konfransın sonuncu günü xarici qonaqlar Bakı şəhər, Qobustananın muzeyləri və vulkanları ilə tanış olmuşlar.
Konfransın nəticələrinə görə azərbaycan və rus dillərində olan məqalələr “Bakı Dövlət Universitetinin xəbərləri” və Bakı Mühəndislər Universitetinin elmi jurnallarında çap olunacaq. İngilis dilində olan məqalələrin bir daha rəylərdən keçərək, Thomson Reyters agentliyində indekslənəcək.
http://www.salamnews.org/ru/news/read/267700
http://news.day.az/society/888717.html
http://olaylar.az/news/ru/218479?utm_campaign=redtram&utm_sour
http://www.trend.az/azerbaijan/society/2744680.htm
http://sia.az/ru/news/education/605053-
http://www.xebersaati.com/news/36073-v-bgu-proshla-mezhdunarodnaya-nauchnaya-konferenciya-sovremennye-tendencii-fiziki-foto/http://az.trend.az/azerbaijan/society/2744650.html
http://olaylar.az/news/sosial/218498
http://ikisahil.az/?page=18&newsId=76601&lang=aze
http://kaspi.az/az/bdu-da-fizikaya-muasir-baxis-adli-beynelxalq-elmi-konfrans-kecirilib/
http://publika.az/news/bilik/195796.html
http://son.az/az/news/183368/bdu-da-fizikaya-muasir-baxis-beynelxalq-konfransi-kecirilib
http://salamnews.org/az/news/read/267669
http://www.palitranews.az/news.php?id=68213
https://www.youtube.com/watch?v=Uc6ORiWfzgk
https://www.youtube.com/watch?v=TnJk_Ww8t4Q&feature=share