14 aprel 2022-ci il tarixində Bakı Dövlət Universitetinin Fizika fakültəsində “Ümumdünya Kvant günü”nə həsr olunmuş elmi seminar keçirilmişdir. Seminarda AMEA-nın Fizika İnstitutunun Kvant informatikası laboratoriyasının müdiri, fizika elmləri doktoru Elçin Cəfərovun “Yarımkonfaynment effekti nümayiş etdirən kvant harmonik ossilyatoru modelinin dəqiq həlləri” mövzusunda məruzəsi dinlənimişdir. Seminar mövzunun geniş müzakirəsi və kvant haqqında maraqlı diskussiya şəraitində keçmişdir.