Home Aze Ru Eng

BDU-nun doktorant və tələbələri V Beynəlxalq Nanotexnologiyalar konfransında

29/11/2018

Bakı Dövlət Universitetinin Nanomaterialların kimyəvi fizikası kafedrasının doktorantı Lalə Qəhrəmanlı, II kurs magistrantı İlyas Nəsibov və III kurs tələbəsi Jalə Məhəmmədova Gürcüstan Texniki Universiteti tərəfindən keçirilən “Nano-2018” adlı V Beynəlxalq Nanotexnologiyalar konfransında iştirak ediblər. BDU təmsilçiləri “Synthesis and properties of CdxZn1–xS nanoparticles by sonochemical method” , “Growth of CdxZn1–xS nanoparticles by layered sorption method of ions (SILAR method)” və “Optical properties of Ag doped CdS nanoparticles synthesized by sonochemical method” mövzularında məruzə ediblər. Məruzələr müxtəlif ölkələrdən olan iştirakçılarla aparılan müzakirələrdən və onları maraqlandıran suallara cavablardan sonra başa çatıb.

 

Bookmark and Share