Home Aze Ru Eng

BDU-nun elmi işçisi Beynəlxalq konfransda çıxış edib

03/12/2018

Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi Tədqiqat İnstitutunun Nəzəri fizika şöbəsinin "Yüksək enerjilər fizikası" qrupunun kiçik elmi işçisi, f.ü.f.d. Nərmin Hüseynova 29-30 noyabr tarixlərində Bakı Mühəndislik Universitetində Beynəlxalq elmi və praktiki konfransda iştirak edib.

"I Beynəlxalq elm və texnologiya konfransı" adlı konfransın işi Kompüter elmləri, Kimya və proses mühəndisliyi, Təbiət elməri və mühəndisliyin interqrasiyası, Mexanika mühəndisliyi və fizika, Ətraf mühit və ətraf mühitin mühafizəsi, Memarlıq və İnşaat seksiyaları üzrə təşkil olunub.

N.Hüseynova Mexanika mühəndisliyi və fizika bölməsi üzrə iki məruzə  edib və sertifikatla mükafatlandırılıb.

Bookmark and Share