Home Aze Ru Eng

BDU-nun Fizika fakültəsində Elmi Şuranın növbəti iclası keçirilib

12/02/2019

12 fevral 2019-cu il tarixdə Fizika fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilmişdir. İclasın gündəliyinə qış imtahan sessiyasının nəticələri barədə hesabatı, dövlət proqramı üzrə elmlər və fəlsəfə doktoru hazırlığı ilə doktorantların hesabatı və cari məsələlər daxil edilmişdi.

İclası giriş sözü ilə açan dekan prof. M.Ə.Ramazanov 2019-cu ilin qış imtahan sessiyasının nəticələri üçün hesabatı prezentasiya şəklində təqdim etmişdir. O, bildirmişdir ki, imtahanlarda 1015 nəfər bakalavr və 109 nəfər magistr iştirak etmişdir. Bildirildi ki, tələbələrin imtahanlarda bu ilki göstəriciləri keçən illə müqayisədə kifayət qədər yüksək olmuşdur. Belə ki, 1015 tələbədən 832-si imtahanlardan müvəffəq qiymət almış, 183 tələbənin akademik borcu olmuşdur. Müvəffəqiyyət göstəricisi 82%, keyfiyyət göstəricisi 15% təşkil etmişdir. Magistratura üzrə boloniya sistemi ilə təhsil alan  110 magistrantdan 109-u imtahanlarda iştirak etmiş, 108-i imtahanlardan müvəffəq qiymətlər almış, 2 nəfər kəsilmişdir. Müvəffəqiyyət göstəricisi 98,5%, keyfiyyət göstəricisi 84% təşkil etmişdir. Bir magistrant səhhətində yaranmış problemlərlə əlaqədar imtahanlarda iştirak etməmişdir. Həmçinin imtahanların nəticələri üzrə digər analitik məlumatlar da Elmi Şura üzvlərinin diqqətinə çatdırılmışdır.

Elmi Şura üzvlərinin səsverməsi ilə fakültənin hesabatı qənaətbəxş hesab olunmuşdur.

Dövlət proqramı üzrə elmlər doktoru hazırlığı çərçivəsində “Nanomaterialların kimyəvi fizikası” kafredrasının qiyabi doktorantı Faiq Paşayev, “Bək cisimlər fizikası” kafedrasının doktorantı Hüseynağa Hüseynov,  fəlsəfə doktoru hazırlığı çərçivəsində “Astrofizika” kafedrasınım doktorantları Sona Cahangirova və Sevinc Rəcəbova, “Yarımkeçiricilər fizikası” kafedrasının doktorantları Behbud İbrahimov və Fidan Əhmədova, “Nanomaterialların kimyəvi fizikası” kafredrasının doktorantları Almara Rəhimli və Sevinc Məmmədyarova ötən bir il ərzində dissertasiya mövzusu üzrə görülmüş işlər, həmin işlərin nəticələrinin nəşri barədə məlumat verdilər. Hesabatlar Elmi Şura üzvləri tərəfindən müsbət qiymətləndirildi və doktorant və dissertantlar attestasiyadan keçmiş hesab olundular.

Cari məsələlərə baxıldıqdan sonra Elmi Şuranın iclası başa çatmışdır.


FİZİKA FAKÜLTƏSİNİN 2018/2019-CU İL TƏDRİS İLİNİN I-Cİ SEMESTR NƏTİCƏLƏRİ HAQQINDA HESABAT

 

Bookmark and Share