Home Aze Ru Eng

BDU-nun Fizika Problemləri İnstitutunun əməkdaşı BNTİ-nin elmi şurasında çıxış edib

13/11/2017

Rusiya Federasiyasının Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) elmi şurası keçirilib. Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun İnnovativ layihələr və beynəlxalq əlaqələr üzrə direktor müavini, Azərbaycan milli nüvə tədqiqatları mərkəzinin nüvə fizikası şöbəsinin müdiri Anar Rüstəmovelmi şurada nüvə fizikası üzrə elmi çıxış edib. Dünyanın müxtəlif nüvə mərkəzlərində alınmış son nəticələrdən bəhs edən alimin BNTİ–də qurulmaqda olan NİCA mega proyektində nəzərdə tutulmuş təcrübələrlə bağlı təklifləri maraqla qarşılanıb. Qeyd edək ki, BNTİ  ilə ölkəmiz arasında 25 illik əməkdaşlıq müddətində Azərbaycan respublikasının adından BNTİ şurasında təcrübi nüvə fizikası üzrə elmi məruzə ilk dəfə edilib.  Şuranın yekun sənədində BNTİ rəhbərliyi tərəfindən A. Rüstəmova təşəkkür edilib. Şuranın yekun qərarı haqqında ətraflı məlumatı http://www.jinr.ru/posts/opublikovana-rezolyutsiya-122-j-sessii-uchenogo-soveta-oiyai/ ünvanı vasitəsilə əldə etmək olar.

Bookmark and Share