Home Aze Ru Eng

Bilik günü

18/09/2012

Bu ilin 15 sentyabr tarixində Bakı Dövlət Universitetində Bilik Günü keçirildi. Fizika fakültəsinə yüksak balla  FzM bölməsinə daxil olan iki tələbəyə Vəliyeva Günay Cəbrayil qızına (586 bal) və Mirzəyeva Elnarə Mürsəl qızına (504 bal) rektor tərəfindən tələbə biletləri təqdim olundu.

Elmi yeniliklərinə gəldikdə bu tədris ilində Yaponiyanın Tokyo Boeki Technology MMC ilə bağlanmşı müqavilə əsasında ümumi dəyəri 1200000,0$ və JEOL şirkətinin istehsalı olan və son dərəcə böyük texniki imkanlara və ayrıd etmə qabiliyyətinə malik JSM-7600F skanedici elektron mikroskopu və polikristallarda struktur analizləri aparmaq üçün rentgen difraktometri alınmışdır. Bu cihazlar nanostrukturların təhlili və araşdırılması üçün ideal vasitədir. Bu cihazlar ilə müxtəlif birləşmələrin nanohissəciklərini tədqiq etmək və onların miqdari analizini yerinə yetirmək, fiziki, kimyəvi və bioloji obyektləri araşdırmaq mümkündür. Mikroskop 1000000,0 dəfə böyütmək imkanına malikdir. JSM-7600F – skanedici elektron mikroskopları arasında JEOL şirkətinin elektron  optika sisteminin ən son nailliyyətlərini özündə birləşdirən ən yeni model mikroskoplardan biri hesab olunur. Diametri kiçik olan zond və optimal şəraitlər  nanometr tərtibində olan  nümunələrin element analizini  aparmağa imkan verir. "Gentle Beam" sistemi keçirici olmayan nümunələrdə yüklənmənin azalmasını və sürətləndirici gərginliyin kiçik qiymətlərində yüksək ayırdetmə imkanını təmin edir. Bilik günü rektor tərəfindan həmin laboratoriyanın açılısı olmusdur.

2012-ci tədris ilində BDU-nun Fizika fakültəsinin maddi-texniki bazasını gücləndirmək məqsədi ilə ümumi dəyəri 240000,0$ olan tədris laboratoriya  avadanlıqları alınmışdır. Laboratoriya avadanlıqları Fiziki elektronika, Ümumi fizika, Yarımkeçiricilər fizikası, Optika və molekulyar fizika kafedralarının nəzdindəki tədris laboratoriyalarını ən müasir səviyyədə qurulmasına xidmət edəcəkdir. Fakültədə virtual laboratoriya işlərinin hazırlanması üçün interakriv lövhələr quraşdırılmışdır. Yalnız yarımkeçiricilər fizikası kafedrasının tədris laboratoriyasına alınmış qurğularda tədris proqramına uyğun olaraq yarımkeçiricilər fizikası, yarımkeçirici cihazlar və mikroelektronikanın əsasları fənnləri üzrə 29 laboratoriya işi yerinə yetirmək mümkün olacaq. Eyni zamanda bu qurğular vasitəsi ilə magistr və doktorantlar da elmi-tədqiqat işləri apara bilərlər. Bilik Günü Ümumi fizika kafedrasının iki tədris “Elektromaqnetizim” adlı laboratoriyasının, Yarimkeçiricilər fizikası kafedrasında bir tədris laboratoriyasının açilişi oldu.

Fakültə rəhbərliyi I kurs bakalavr və magistr pillələrinə qəbul olunmuş tələbələrlə görüş keçirdi. Fakültanin tarixindən, ən-ənələrindən, tədris olunan ixtisaslardan ətraflı məlumat verildi. Bundan əlavə fakültə kafedralarında tələbələrlə görüş təşkil olunmuşdur.

 

 

Bookmark and Share