Home Aze Ru Eng

Gənc tədqiqatçıların İtaliyaya səfəri

01/07/2016

Fizika Problemləri ETİ-nin aparıcı elmi işçisi f.r.e.n. Məmmədov Şahin Əlisəttar oğlu, Nəzəri fizika kafedrasının doktorantı və Fizika Problemləri ETİ-nin kiçik elmi işçisi Hüseynova Nərmin Cəfər qızı, Fz. ing-3 qrupunun III kurs tələbəsi Rəhimzadə Sara və Fz. Ing-4 qrupunun IV kurs tələbəsi Seyidəliyeva Səbinə 14-23 İyun 2016-cı il tarixlərində İtaliyanın Erice(Siciliya) şəhərində ETTORE MAJORANA fondu tərəfindən təşkil edilən, 54-cü kurs: Böyük Adron Kollayderində yeni fiziklərin sərhədləri (54th Course: THE NEW PHYSICS FRONTIERS IN THE LHC-2 ERA) mövzusunda Sub nüvə fizikası üzrə Beynəlxalq Məktəbdə iştirak etmişlər.

Beynəlxalq Məktəbdə prof. A. ASPEC, prof.W.A. BARLETTA, prof. Z. BEREZHIANI, prof. A. BETTINI, P. COLLINS, M.J. DUFF, prof. S. FERRARA, prof. F. FERRONI, prof. D.Z. FREEDMAN, prof. H. FRITZSCH, prof. A. GIAZOTTO, ATLAS eksperimentindən dəvət olunmuş prof. P. GIUBELLINO, prof. F. HALZEN, 1999-cu ildə fizika üzrə Nobel mükafatçısı prof. G. 't HOOFT,  ATLAS eksperimentində dəvət olunan prof. P. JENNI, prof. J.D. OLSEN, prof. M.J. TANNENBAUM, prof. T. TAYLOR, prof. P. VAN NIEUWENHUIZEN, prof. H. WENNINGER, prof. G. WILKINSON, prof. Z.Z. XING və Majorana Fondunun direktoru prof. A. ZICHICHI mühazirələr oxumuş və gənc tədqiqatçıları maraqlandıran sualları cavablandırmışlar.






 

 

 

 

 

 

Bookmark and Share