Home Aze Ru Eng

Covid-19 virusu daha bir əməkdaşımızı bizlərdən ayırdı.

26/01/2022

Covid-19 virusu daha bir əməkdaşımızı bizlərdən ayırdı. Fizika fakültəsinin Ümumi fizika və fizikanın tədrisi metodikasının dosenti, f-r.e.n. Sədrəddin Sədrəddinov vəfat etmişdir. Sədrəddin Sədrəddinov 1941-ci ildə anadan olub. 1968-1974-cü illərdə BDU-nun Fizika fakültəsində ali təhsil alıb. 1965-ci ildən BDU-nun Fizika fakültəsinin Ümumi fizika kafedrasında laborant kimi əmək fəaliyyətinə başlamışdır. 1984-cü ildə „Nazik təbəqəli ftalosianin və onun metal komplekslərində yükdaşınma mexanizmlərinin tədqiqi“ mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır.

Allah rəhmət eləsin!

Bookmark and Share