Home Aze Ru Eng

Dissertasiya işinin ilkin müzakirəsi keçirilib

07/07/2022

07 iyul 2022-ci il tarixində Fizika fakültəsinin “Nəzəri fizika” kafedrasının əyani doktorantı Emilya Ömərova Şakir qızının 2212.01– “Nəzəri fizika” ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Minimal Supersimmetrik Standart Modeldə Hiqqs bozonlarının parçalanma kanalları” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib (elmi rəhbərlər: professor, fizika-riyaziyyat elmləri doktoru Sərhəddin Abdullayev və fizika üzrə elmlər doktoru Anar Rüstəmov). Müzakirədə “Maddə quruluşu” və “Bərk cisimlər fizikası” kafedralarının əməkdaşları iştirak ediblər. İddiaçı dissertasiya işində alınmış nəticələr barədə geniş məlumat verdi. Müzakirədə rəyçilər - Bakı Dövlət Universiteti Elmi fəaliyyətin təşkili və innovasiyalar üzrə Elmi Tədqiqatların Təşkili və Təhlili şöbəsinin müdiri M. M. Bəşirov üzrlü səbəblərə görə ilkin müzakirədə axıradək iştirak edə bilmədiyinə görə onun yerinə Nəzəri fizika kafedrasının müdiri, dosent Məmməd Rəcəbov və Bakı Dövlət Universitetinin Maddə quruluşu kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Tünzalə Bayramova dissertasiya işi barədə müsbət fikirlərini, irad və təkliflərini qeyd etdilər. İddiaçı iradlarla bağlı fikirlərini bildirdi və iştirakçıların suallarını cavablandırdı. İlkin müzakirə iştirakçıları dissertasiya işinin müvafiq tələblərə cavab verdiyini və sonrakı müzakirələrə buraxılmasının mümkün olduğunu qeyd etdilər.










Bookmark and Share