Home Aze Ru Eng

Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı on-line tədbir keçirilmişdir

29/12/2020

29 dekabr 2020-ci il tarixdə Fizika fakültəsində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı on-line tədbir keçirilmişdir. Tədbirdə dekan müavini Məhəmməd Məhərrəmov və 50 nəfərə yaxın tələbə iştirak etmişdir. Tədbiri tələbə Nərmin Həsənli açaraq sözü digər tələbələrə vermişdir. Səmyə Qasımlı, Səbinə Cəfərova, Lalə İsayeva, Murad Niftullayev, Sənubər Hüseynli, Ləman Allahverdili, Əfruz İsmayılova, Lamiyə Həmidova, Səbinə Süleymanova, Zabitə Məmmədova, Mənsumə Hüseynzadə və dekan müavini Məhəmməd Məhərrəmov həmrəylik gününü tarixi, mahiyyəti, dünya azərbaycanlılarının həmrəyliyinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin gördüyü işlər, bu işlərin bu günkü qələbəmizdə oynadığı rol haqqında danışmış, şerlər söyləmişlər. Sonda dekan müavini Məhəmməd Məhərrəmov tələbələri bir daha həmrəylik günü və qarşıdan gələn 2021-ci il münasibəti ilə təbrik etmiş, qarşıdakı imtahan sessiysında onlara uğurlar arzulamışdır.

 

Bookmark and Share