Home Aze Ru Eng

Dr. Anar Rüstəmov Kiçik partlayışdan Böyük partlayışa doğru elmi məruzəsi

08/11/2012

8 noyabr 2012-ci ildə Bakı Dövlət Universitetinin Fizika Fakültəsində «Kiçik  partlayışdan böyük partlayışa doğru» mövzusunda seminar keçirilmişdir. Almaniyanın Goethe adına Frankfurt Universitetinin əməkdaşı Dr. Anar Rüstəmov zərrəçiklər və ağır ionlar fizikasının fundamental problemləri haqqında məruzə etmişdir. Xüsusi ilə dekonfaynment və kiral simmetriyanın pozulması istiqamətində aparılan təcrübi işlər işıqlandırılmışdır. Bu baxımdan CERN SPS-də yerləşən NA61/SHINE təcrübəsinin proqramı təqdim olunmuşdur.

BDU-dan Fizika İnstitutu və Şamaxı Astrofizika  Rəsədxanasından təxminən 50 alim iştirak etmişdir. Məruzə ətrafında geniş müzakirələr aparılmışdır.

Bookmark and Share