Bakı Dövlət Universitetinin Nanomaterialların kimyəvi fizikası” kafedrasının müəllimi, Nano Araşdırmalar Mərkəzinin böyük elmi işçisi Hacıyeva Flora və NanoAraşdırmalar Mərkəzinin aparıcı elmi işçisi, prof. Həsənova Ülviyyə 30.09.14-05.10.14 tarixlərində Fransanın Paris şəhərində keçirilən TEMPUS layihəsi üzrə ECONANO layihəsinin koordinator ölkələrinin növbəti görüşündə iştirak etmişdir. Görüşdə ECONANO layihə iştirakçılarının: İtaliya, Fransa, Yunanıstan və Azərbaycan universitetlərinin iştirakçılarının məruzələri dinlənilmiş və layihə çərçivəsində hal-hazırda dərs proqramlarının hazırlanması və yerinə yetirilməsi müzakirələri aparılmışdır. ECONANO layihəsinin İtalyadan olan koordinatoru prof. Luca Di Palma ilə layihənin müvəffəqiyyətlə yerinə yetirilməsi planlarını müzakirə edilmişdir. Həmçinin F.V.Hacıyeva hazırda ECONANO layihəsi üzrə hazırlanan post magistr tələbələrinə Bakı Dövlət Universitetində tədris edilən bəzi dərslər keçirilməsi ilə bağlı məruzə ilə çıxış etmişdir.