08 -10 iyul 2015-ci il tarixində Bakı Dövlət Universitetində Avropa Birliyinin TEMPUS proqramı çərmivəsində həyata keçirilən ECONANO layihəsinin növbəti seminar -mitinqi Bakı Dövlət Universitetində keçirilmişdir. Seminarda İtaliyanın Sapienza, Fransanın Paris 13, Yunanıstanın Patras Universitetlərinin nümayəndələri, Bakı Dövlət Universitetinin, Azərbaycan İnşaat və Memarlıq Universitetinin və Qafqaz Universitetinin, AZECOLAB şirkətinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi iştirak etmişdir. 08 iyul tarixində Ekologiya mühəndisliyi” üzrə yeni magistr proqramının yaradılması haqqında müzakirələr aparılmış və yaradılması nəzərdə tutulan bu ixtisaslaşmanın əsasən Azərbaycan Respublikası üçün nəzərdə tutulduğu, lakin bu ixtisaslaşma Avropa təhsil proqramlarına uyğun hazırlanması nəzərdə tutulmuşdur. Yeni magistr proqramında bakalavr təhsil pilləsində tədris edilmiş fənlərin burada tədris edilməməsi, ancaq ixtisas yönümlü fənlərin tədrisi nəzərdə tutulub. 09 iyul tarixində layihə çərçivəsində İtaliyaya, Fransaya və Yunanistana ezam olunmuş Azərbaycan Universitetlərində magistraturanı bitirmiş magistrantların postmagistr dissertasiya işlərinin müdafiəsi keçirilmişdir. 12 magistrantın hər birinin məruzəsi dinlənilmiş və beynəlxalq komissiya tərəfindən qiymətləndirilmişdir. İşlərin müdafiəsi zamanı BDU-nun rektoru akad. Abel Məhərrəmov da iştirak etmişdir. Məruzələri yüksək qiymətləndirən akad. Abel Məhərrəmov qeyd etmişdir ki, magistrantların məruzələrinin belə yüksək səviyyədə olması onların rəhbərlərinin gərgin əməyinin və səyləri hesabına olmuşdur. Rektor daha sonra qeyd etmişdir ki, layihənin real nəticələri göz qabağındadır. Bu Azərbaycan Təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasının ən real nümunəsidir. Layihənin rəhbəri Prof. Luca Di Palma, Azərbaycan universitetləri üzrə coordinator Prof.Məhəmmədəli Ramazanov görülən işlər üzrə məlumat vermiş və sonrakı fəaliiyət müzakirə edilmişdir. Seminarda həmçinin “Ekologiya mühəndisliyi” üzrə yeni magistr proqramının yaradılması ilə əlaqədar Azərbaycan Təhsil Nazirliyinin nümayəndəsi İlham Hümbətov çıxış edərək bildirmişdir ki bu cür layihələri Azərbaycan Respublikası Təhsil Nazirliyi yüksək dəyərləndirir və həmişə dəstəkləyəcəkdir. Sonda uğurla müdafiə etmiş magistrantlara sertifikatlar verilmişdir. Görüşdə Avropa Universitetlərinin 11 professoru iştirak etmişdir.