Home Aze Ru Eng

ELAN

07/04/2021

Əziz tələbələr!

Rusiya Federasiyasının Milli Tədqiqat Nüvə Universiteti Moskva mühəndis-fizika institutundakı (НИЯУ МИФИ -MTNU MMFİ) akademik O.N.Kroxinin “Yarımkeçirici kvant elektronikası və biofotonikası” kafedrası (88-ci kafedra) uzun müddətdir ki, Bakı Dövlət Universitetinin Fizika fakültəsi ilə sıx əlaqə saxlayır. Bu əlaqələr sayəsində Fizika fakültəsinin bakalavrları qeyd olunan institutda təhsillərini davam etdirmək imkanı əldə etmişlər. Eləcə də Fizika fakültəsinin bir sıra məzunları həmin institutun magistraturasına qəbul olunmuşlar.

Hal-hazırda  məzunlarımızın MTNU MMFİ-nin “Yarımkeçirici kvant elektronikası və biofotonikası” kafedrasının “Perspektiv yarımkeçirici lazerlər və texnologiyalar” proqramı, eləcə də MTNU MMFİ-nin magistraturasının digər proqramları üzrə magistraturaya daxil olmaları üçün güzəştli imkanlar yaranmışdır. Bunun üçün Fizika fakültəsinin bakalavr təhsil pilləsinin yuxarı kurs tələbələrinin Beynəlxalq mühəndis-fiziki olimpiadada iştirak etməsi zəruridir. https://olymp.mephi.ru/olympiad/157

Olimpiadanın məsələlərinə həm fizikanın ümumi prinsipləri ilə, həm də müasir nüvə, lazer, plazma və digər texnologiyalarla bağlı olan sual və tapşırıqlar daxildir.

Olimpiada distant formatda keçirilir:

1-ci mərhələ - 11 aprel 2021-ci ilə kimi seçmə mərhələdir. Seçmə mərhələdə iştirak etmək üçün  https://org.mephi.ru saytında qeydiyyatdan keçmək lazımdır.

2-ci mərhələ - 2021-ci il 19 apreldən 07 iyuna kimi yekun mərhələdir.

Seçmə mərhələnin nəticələrinə görə yekun mərhələyə buraxılan iştirakçıların siyahısı 16 aprel 2021-ci il tarixdən gec olmayaraq MTNU MMFİ-nin olimpiada portalında və iştirakçıların şəxsi kabinetində https://org.mephi.ru saytında yerləşdiriləcək.

Yekun mərhələnin nəticələrinə görə olimpiadanın qaliblərinin və mükafatçılarının siyahısı 2021-ci il 14 iyundan gec olmayaraq MTNU MMFİ-nin  olimpiada portalında və iştirakçıların şəxsi kabinetində https://org.mephi.ru saytında yerləşdiriləcək.

Olimpiadanın qaliblərinin və mükafatçılarının mükafatlandırılması 18 iyun 2021-ci il tarixinə kimi keçiriləcəkdir.

Olimpiadanın qaliblərinin və mükafatçılarının nəticələri müvafiq diplomun alındığı gündən iki il ərzində olimpiadanın profilinə uyğun istiqamətlər üzrə (sənədlərin qəbul komissiyasına təqdim olunma tarixində) magistraturanın təhsil proqramlarına qəbul sınaqlarının nəticələrinə və fərdi nailiyyətlərinə görə maksimum bal toplamış şəxslərə bərabər tutulur.
Olimpiadanın final mərhələsinin iştirakçıları üçün MTNU MMFİ-nin magistraturasına qəbul olunarkən fizika və texniki elmlər üzrə beynəlxalq olimpiadalara uyğun olan xüsusi hüquqlar (güzəştlər) müəyyən olunur
(https://admission.mephi.ru/admission/magistracy/personal-achievements).

Bütün məsələlər üzrə təhsil proqramının nümayəndəsi MTNU MMFİ-nin 88-ci kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Anastasiya Andreyevna Fronyaya (Фроня Анастасия Андреевна, AAFronya@mephi.ru, тел.89164000708) müraciət oluna bilər.

Bookmark and Share