“MƏNİM ELMDƏ İLK ADDIMLARIM”
III Respublika Elmi Konfransı
4 may 2018-ci il
Konfransa təqdim olunan məqalələr aşağıdakı qaydada tərtib olunmalıdır:
Məruzənin adı – baş hərflərlə, tünd, şrift 12, ortada. Müəllifin S.A.A., elektron ünvanı – kiçik hərflərlə, tünd, şrift 12, ortada. İşlədiyi təhsil (elmi-tədqiqat) müəssisənin adı – adi hərflərlə, kursiv, şrift 12, ortada. Xülasə - adi hərflərlə, kursiv, şrift 10.
Mətnlərin yığılması – A5 formatda, hər tərəfdən 2 sm, şrift 12, interval 1, Times New Roman (digər şriftlərlə yazılmış mətnlər qəbul olunmayacaq), 2 səhifəyə qədər həcmdə (xülasə və ədəbiyyat sihayısı ilə). Şəkil, qrafik və cədvəllər mətnin daxilində verilməlidir, 12, interval 1, Times New Roman. Ədəbiyyat sihayısı-mətnin sonunda adi hərflərlə, kursiv, şrift 10.
Konfrans materialları azərbaycan, rus və ingilis dillərində qəbul olunur. Məruzələrin son göndərilmə tarixi: 15 aprel 2018-ci il (Məruzələri orar@mail.ru və sara.rehimzade@gmail.com ünvanlarına göndərə bilərsiniz.) Ətraflı məlumat üçün Tələbə Elmi Cəmiyyətinin Təşkilat komitəsinə müraciət edə bilərsiz.
Əlaqə nömrəsi: (050)7430408 Orucov Arif . Ünvan: Bakı Dövlət Universiteti, əsas korpus, otaq 124