Home Aze Ru Eng

ECONANO TEMPUS layihəsinin I mərhələsi başa çatmış

23/01/2015

İtaliyanın Sapienza Roma Universitetinin  koordinatorluğu ilə Bakı Dövlət Universitetində həyta keçirilən ECONANO  TEMPUS layihəsinin I mərhələsi başa çatmışdır. Bu mərhələdə ECONANO tələbələrinə 3 ay müddətində  6 moduldan ibarət  9 fənndən,  layihədə iştirak edən universitetlərin professor və müəllimləri  tərəfindən  mühazirələr oxunmuş,  praktiki məşğələlər və laboratoriya dərsləri keçilmişdir. Yanvarın 21- 22 – də Sapienza Roma Universitetinin professoru Luka Di Palma tələbələrdən imtahan götürmüşdür. İmtahanı müvəffəqiyyətlə verən tələbələrdən 9 nəfər İtaliyanın Sapienza Roma, 2 nəfər Yunanıstanın Patras və 1 nəfər Fransanın Paris 13 Universitetinə 3 ay müddətində oxumaq üçün seçilmişlər. Tələbələrin təhsili ECONANO layihəsinin maliyə dəstəyi ilə həyata keçiriləcək. Professor Luka Di Palma ECONANO layihəsinin  icrasının müvəffəqiyyətlə keçməsinə şərait yaratığına görə Bakı Dövlət Universitetinin rəhbərliyinə, layihənin Azərbaycan üzrə koordinatoru prof.M.Ə.Ramazanova və layihədə iştirak edən professor və müəllimlərə öz təşəkkürünü bildirmişdir.

Bookmark and Share