Bakı Dövlət Universitetinin Fizika Fakültəsində kafedralarda elmi işlərin canlandırılması, habelə kafedralardakı elmi nailiyyətləri və tədqiqat istiqamətlərini tələbələrə aydınlatmaq, onların bu işlərə maraqlandırılması və qoşulmasını təmin etmək məqsədilə fakültənin elmi seminarı fəaliyyətə başlayır. Seminar ayda bir dəfə olmaqla həftənin 6-cı günü saat 11-30-a nəzərdə tutulur. İlk seminar oktyabr ayında planlaşdırılır. Professor-müəllim heyətinin bu seminarda iştirakı zəruridir. Kafedralar növbə ilə bu seminara öz məruzəçilərini müəyyənləşdirəcək. Seminar haqqında elan iştirakçıların elektron-poçt ünvanlarına göndəriləcək, fakültənin elanlar lövhəsində və veb səhifəsində yerləşdiriləcək. Çıxışların faylları seminarın saytinda yerləşdiriləcək. Respublikamıza gələn qonaq professorların da bu seminarda çıxışları arzuolunandır.
Seminarda könüllü iştirakla və digər suallarla seminarın katibi BDU-nun Fizika problemləri İnstitutunun aparıcı elmi işçisi Məmmədov Şahinə müraciət edə bilərsiz. (e-mail [email protected] . tel: 050 532 56 54)