27.11.2014-cü il tarixində BDU-nun əsas korpusunun 437 saylı auditoriyasında Fizika fakültəsinin genişləndirilmiş Elmi Şurası keçirildi. Şuranın iclasını giriş sözü ilə açan fakültənin dekanı, prof. M.Ə. Ramazanov bu auditoriyanın texniki təcizatının yüksək səviyyədə yeniləşməsi üçün rektor, akad. A.M. Məhərrəmova Elmi Şuranın adından təşəkkür bildirdi. Şuranın iclasında “Fiziki Elektronika” kafedrasının və Azərbaycanda fiziki elektronika istiqamitində elmi məktəb yaradmış prof. Qafar Əfəndiyefin 90 illik yubileyi ilə bağlı fakültədə keçirilmiş tədbirlər haqqinda məlumat verildi. “Fiziki Elektronika” kafedrasının müdiri prof. Ə.Ş. Abdinov yubilyarin keçdiyi həyat yolundan, aparılan elmi tədqiqat işlərindən, kafedranın formalaşmasında atdığı uğurlu addımlardan fakültənin əməkdaşlarına və Elmi Şuranın üzvlərinə məlumat verdi. Sonra prof. Ş.Q. Əsgərov yubilyar haqqında öz xatirələri ilə bölüşdü. Ailə üzvləri adından prof. Q. Əfəndiyevin qızı – fizika fakültəsinin professoru S. Əbdülvahabova fakültənin EŞ-na, fakültə əməkdaşlarına atası ilə bağlı səslənən xoş sözlərə görə öz təşəkkürünü bildirdi.
Şura öz işini davam etdirdi. İclasda fakültəyə son zamanlar alınan tədris laboratoriya qurğuların vəziyyəti, onlardan istifadə qaydaları və istifadə zamanı ortaya çıxan problemlər haqqında müzakirələr aparıldı. EŞ-nın təklifi ilə laboratoriya işlərinə tələbələrin buraxilması, işlərin yerinə yetirilməsi və müəllimlər tərəfindən qəbul edilməsi haqqında qaydalarının yenidən işlənilməsinin vacib olduğu vurğulandı. Bununla bağlı fakültənin təcrübəli müəllimlərindən və Metod Şuranın üzvlərindən ibarət komissiya yaradıldı. Komissiyaya tapşırıldı ki, bir ay müddətində bu qaydaları işləyib hazırlasınlar və fakültənin növbəti Elmi Şurasında onlar təsdiq olunsun.
Laboratoriya işlərinin qəbul olunması və işlənməsini yaxşılaşdırmaq üçün 2015-ci ildə ümumi fizikanın ana fənlərindən yeni laboratoriya avadanlığına müvafiq olaraq “Laboratoriya praktikumu” dərsliyinin müvafiq kafedralar tərəfindən hazırlanması və çapa tövsiyəsi tapşırıldı.
İclasda fizika fakültəsinin dekanı prof. M. Ә. Ramazanov "Bakı Elm Festivalı"nda fəal iştirakına görə Elmi Şuranın qərarı ilə Bakı Dövlət Universiteti Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin bir neçә nümayәndәsini- magistratura pilləsinin 2-ci kursunda təhsil alan Ә.Ә.Әhmәdova, G.Ә.Әzizli, N.N.Heydәrov vә bakalavr pilləsinin ikinci kurs, tələbəsi N.E. Nәrmini diplomla təltif etmişdir.