1.Fizika fakültəsinin Elmi Şurasının 15 dekabr 2015-ci il tarixli iclasında Fakultə Tədris-Metodiki Şurasının yeni tərkibi (Sədri və üzvləri) seçilmişdir.  
2.Bakı Dövlət Universiteti Rektorunun 28 dekabr 2015-ci il tarixli 2/665 saylı əmri ilə Fiziki elektronika kafedrasının müdiri, f.r.e.d., professor Əhməd Abdinov Fizika Fakültəsinin Tədris-Metodiki Şurasının Sədri təyin edilmişdir.  
3.11 yanvar 2016-cı ildə Fizika Fakültəsinin Tədris-Metodiki Şurasının yeni tərkibdə ilk iclası keçirilmişdir. İclasda təşkilati məsələlərə, Şuranın “Müvəqqəti Əsasnaməsi” nin və “İş planı” nın layihələrinə baxılmışdır.
4.Fizika fakültəsinin 15 dekabr 2015-ci ildə seçilmiş Tədris-Metodiki Şurası:  
Sədr – 	prof.Əhməd Abdinov  
Sədrin müavini –dos.Mehdi Mahmudov 
 Katib –dos.Kəmalə Alışova  
Üzvlər - 
prof. Əli Hüseynov  
dos. Faiq Paşayev  
dos. Rafiq Bağırov  
dos. Rəhim Rəhimov   
5.Fizika Fakültəsinin Elmi Şurasının 14 yanvar 2016-cı il tarixli iclasında Fakültə Tədris-Metodiki Şurasının «Əsasnaməsi» və 2015/16-cı tədris ilinin ikinci yarısı üçün «İş Planı» təsdiq edilmişdir.  
6. Yeni “Təhsil Standartları” və “Tədris planları”na uyğun olaraq tərtib edilən “Fənn proqramları”nın nümunəsi 
 
 
