Home Aze Ru Eng

F.H.Paşayev, A.Q.Həsənovun Atom və molekul fizikasında riyazi metodlar adlı kitabı çapdan çıxmışdır

29/05/2013

"Nanomaterialların kimyəvi fizikası" kafedrasının əməkdaşları F.H.Paşayev, A.Q.Həsənovun "Atom və molekul fizikasında riyazi metodlar" adlı Ali məktəblər üçün dərs vəsaiti "Müəllim" nəşriyyatı tərəfindən çap olunmuşdur.  Kitab Ali məktəblərin fizika və kimya fakültələrinin bakalavr, magistrant və doktorantları üçün nəzərdə tutulmuşdur. Kitabda molekulların elektron quruluşunun kvantmexaniki tədqiqi zamanı yaranan molekulyar inteqralları hesablamaq üçün istifadə olunan riyazi metodlar, ayrılış və köçürmə düsturları, molekulyar funksiyalar şərh olunmuşdur. Bu münasibətlə fizika fakültəsinin kollektivi müəllifləri təbrik edir. Onlara elmi işlərində uğurlar arzulayırlar.

Bookmark and Share