31 mart 2022-ci il tarixdə Fizika fakültəsinin Astrofizika kafedrasında növbəti elmi seminar keçirilib. Seminarda kafedranın dosenti Xıdır Mikayılov məruzə ilə çıxış etdi. Məruzədə müasir işıq qəbulediciləri ilə alınan Eşelle spektrlərin alınması və emalı metodlarından bəhs olundu. O cümlədən spektrlər əsasında ulduzların spektral parametrlərinin müxtəlif üsullarla təyini metodları haqqında məlumat verildi. Azərbaycanda alınan nəticələr dünyanın aparıcı rəsədxanalarında alınan nəticələrlə müqayisəli şəkildə təhlil edildi.