Sentyabr ayının 12-də Bakı Dövlət Universitetinin akt zalında Fizika fakültəsi dekanlığının fakültənin 1-ci kursuna qəbul olunmuş tələbələr və onların valideynləri ilə görüşü keçirilmişdir. Görüşü açan fakültənin dekanı prof. Məhəmmədəli Ramazanov əvvəlcə tələbələri və valideynlərini təbrik etmiş, onlara uğurlar arzulamışdır. Daha sonra fakültə dekanı Bakı Dövlət Universitetində, o cümlədən fizika fakültəsində təhsilin təşkili, imtahanların keçirilməsi qaydaları, tələbələrin vəzifələri, valideynlərlə qarşılıqlı münasibətlərin qurulması, Fizika fakültəsinin tarixi, fakültənin tanınmış məzunları, elmi və maddi-texniki potensialı, professor-müəllim heyəti barədə məlumat vermişdir. Sonra prof. M.Ramazanov tələbələrin və valideynlərin suallarını cavablandırmışdır. Fizika fakültəsinin tyutoru Şirxan Hümbətov tələbələrin qruplar üzrə siyahısını elan etmişdir. Sonda prof. M.Ramazanov bir daha tələbələrə uğular arzulamış və görüş başa çatmışdır.