Home Aze Ru Eng

Fizika fakültəsi “MƏNİM ELMDƏ İLK ADDIMLARIM” - tələbə elmi konfransı

12/05/2016

12 may 2016-cı il tarixdə BDU Fizika fakültəsində fakültənin bakalavr pilləsində təhsil alan tələbələrin “MƏNİM ELMDƏ İLK ADDIMLARIM” adında I elmi konfransı keçirilmişdir. Konfransı giriş sözü ilə BDU-nun rektoru akademik A.Məhərrəmov açmışdır. O, BDU-nun və Fizika fakültəsinin tarixindən, elmi potensialından, əldə etdiyi uğurlardan, 2015-ci ildə elmi nailiyyətlərə görə BDU üzrə ən yüksək nəticələr əldə edərək İlin fakültəsi adına layiq görüldüyündən və belə konfransın keçirilməsinin əhəmiyyətindən, gələcəkdə yaxşı alim kimi formlşmaq üçün bakalavr səviyyəsində elmi tədqiqatla məşğul olmağın vacibliyindən danışmış, konfrans iştirakçılarına uğurlar arzulamışdır. Fizika fakültəsinin dekanı prof. M.Ramazanov qeyd etmişdir ki, bu fakültədə dünya şöhrətli nəzəri fizik nəzəriyyəçü Lev Landau təhsil almış, AMEA-nın 3 prezidenti burada oxumuş, yüzlərlə professorlar təhsil almış və Azərbaycan elmini dünyada layiqincə təmsil etmişdir.  Fizika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü və fakültə Elmi Şurasının 14.04.2016-cı il tarixli 03/2016 saylı qərarı ilə belə bir konfransın keçirilməsi qərara alınmış, bu məqsədlə təşkilat komitəsi yaradılmışdır. Elmi tədqiqata marağı olan tələbələr tərəfindən müvafiq materiallar təşkilat komitəsinə təqdim olunmuş və onlar kitab şəklində çap olunmuşdur. Prof. M.Ə.Ramazanov konfransın işinin aparılması ilə bağlı əvvəlcə 2 tələbənin plenar məruzə ilə çıxış edəcəyini, sonra konfransın işinin bölmələrdə davam etdiriləcəyini qeyd etmişdir.

Sonra plenar məruzələrlə “Qrin funksiyası və müasir fizika” mövzusunda III kurs Fzing03 qrupun tələbəsi Sara Rəhimzadə və “AgGaxİn1-xSe2 qeyri-xətti kristalda faza sinxronizmi üçün Selmeyer tənliyindən sındırma əmsallarının hesablanması” mövzusunda II kurs Fz71 qrupun tələbəsi Günel Şahverdiyeva çıxış etmişlər. Məruzəçilər konfrans iştirakçılarının suallarını cavablandırmışlar.

Sonra konfrans öz işini bölmələrdə davam etdirmişdir.

Bookmark and Share