9-20 dekabr 2019-cu il tarixində Bakı Dövlət Universiteti Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə tələbələr arasında "Çaturanqa" adlı şahmat turniri keçirildi. Ümumilikdə 32 nəfərin qatıldığı yarış 4 turdan ibarət idi. Final turunda birinci yerə II kurs tələbəsi Nəsrullazadə Hamiz, ikinci yerə II kurs magistr Quluzadə Hüseyn və üçüncü yerə III kurs tələbəsi Xəlilli Gülməmməd çıxdı.
27 dekabr tarixində mükafatlandırma mərasimi keçirildi. Tədbirdə Fizika fakültəsinin dekanı Ramazanov Məhəmmədəli çıxış edərək təşkilatçılığa görə təşəkkürünü bildirərək qalib gələn tələbələri təbrik etdi. Daha sonra Fizika fakültəsi TEC elmi rəhbəri Arif Orucov çıxış etdi. Qaliblər təşəkkürnamə və müxtəlif hədiyyələrlə mükafatlandırıldı.
Təşkilati heyət: Qənbərova Sevinc, Heydərli Jalə, Orxan Güləhmədov , Məmmədli Hüseyn. Bədən tərbiyəsi və idman kafedrasının müdiri Akif Atakişiyev və baş müəllim Aləddin Paşayevə dəstək göstərdikləri üçün xüsusi təşəkkür edirik.