Home Aze Ru Eng

Fizika fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin tədbiri keçirilib

14/04/2022

14 aprel 2022-ci il tarixində Fizika fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin “Fakültəmizi tanıyaq” layihəsi çərçivəsində tədbirlərə start verilib. Layihənin məqsədi  tələbələrin fakültənin professor-müəllim heyətini yaxından tanımalarına, onların həyat yolu, uğur hekayələri ilə tanış olmalarına kömək etməkdir. Birinci tədbirdə tələbələrin fakültə rəhbərliyi ilə görüşü təşkil olunub. Fakültə dekanı Bəxtiyar Paşayev, dekan müavinləri Məhəmməd Məhərrəmov, Vüsal Məmmədov, Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəbov orta məktəb və universitet illəri barədə xatirələrini danışdılar, onların formalaşmasında və bu günkü mövqelərə çatmasında əsas rol oynayan amillərdən bəhs etdilər. Çıxış edənlər müasir dövrdə tələbələrin bilik qazanmaq üçün daha geniş imkanlara malik olduğunu və bu imkanlardan səmərəli faydalanmağın zəruriliyini, bunun üçün yorulmadan, əzmlə çalışmaq lazım olduğunu vurğuladılar, qarşıya böyük məqsədlər qoyub ona doğru israrla irəliləməyi  tövsiyə etdilər.
















Bookmark and Share