7 mart 2022-ci il tarixində Fizika fakültəsində 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə onlayn tədbir keçirilib. Tədbirdə fakültə rəhbərliyi, müəllimlər və tələbələr iştirak ediblər. Əvvəlcə Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev fakültənin qadın əməkdaşlarını və tələbə qızlarını bayram münasibətilə təbrik etdi. O, 8 mart gününün tarixindən, Azərbaycan qadınlarının cəmiyyətdə oynadığı roldan, şərqdə ilk dəfə seçmək və seçilmək hüququnun Azərbaycan qadınlarına malik olmasından, elm və təhsil sahəsində çalışan qadınlarımızın fədakarlığından danışdı. Sonra dekan müavini Məhəmməd Məhərrəmov və Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəbli tədbirdə iştirak edən qadın müəllimləri və tələbələri, onların simasında Fizika fakültəsinin bütün qadın kollektivini təbrik etdilər və xoş arzularını çatdırdılar. Fakültənin elmdə və təhsildə uğur qazanmış müəllimləri, Maddə quruluşu kafedrasının professoru Səcidə Əbdülvahabova və Optika və molekulyar fizika kafedrasının müdiri, professor Rəna Qasımova öz həyat yolları, tələbəlik illəri, uğur qazanmağın yolları barədə danışdılar, tələbələrə dəyərli tövsiyələr verdilər. Sonra fakültə tələbələri maraqlı çıxışlarını təqdim etdilər.