Home Aze Ru Eng

Fizika fakültəsində birinci kurslarla görüş olub

13/09/2018

Fizika fakültəsində I kursa qəbul olunmuş tələbələr və onların valideynləri ilə görüş keçirilib. Dekan, professor Məhəmmədəli Ramazanov valideynləri və tələbələri təbrik edib, universitetin, o cümlədən  fizika fakültəsinin tarixi, kafedraları, görkəmli məzunları, fakültədə yaradılmış şərait barədə ətraflı məlumat verib.

Astrofizika kafedrasının müdiri prof.Cəfər Quluzadənin çıxışından sonra fakültənin tyutoru Aysel Aslanlı I kurs tələbələrinin qruplar üzrə siyahısını elan edib. Sonda tələbələrin sualları cavablandırılıb.

Bookmark and Share