Oktyabrın 9-da BDU-nun Fizika fakültəsində dekan müavini, dosent Eldar Ələkbərovun rəhbərliyi altında magistrantların növbəti elmi seminarı keçirilib. Seminarda fakültənin II kurs magistrantları - Xumarə Kərimova, Humay Məmmədli, Rüfanə Tağıyeva və Təravət Eyvazlı apardıqları elmi-tədqiqat işləri ilə bağlı çıxış ediblər.
ƏvvəlcəOptika və molekulyar fizikakafedrasının magistrantı Xumarə Kərimova “S4-kT sistemində strukturunda xüsusiyyətlər” mövzusunda (elmi rəhbər - dos.B.Paşayev) çıxış edib.
Humay Məmmədli “Oktet barionların ro mezonlarla qarşılıqlı təsir sabitinin ADS/KXD modellərində öyrənilməsi” mövzusunda (elmi rəhbəri -dos.Ş.Məmmədov) elmi tədqiqat işinin nəticələrini təqdim edib, tədqiqat işinin aktuallığı barədə qeyd edilən rəylərə öz münasibətini bildirib. Rüfanə Tağıyeva “Zond cərəyanının elektrik boşalmasının stasionar halında elektronların enerjiyə görə paylanma funksiyasının təyini” mövzusunda (elmi rəhbər- prof.T.Hüseynov) çıxış etdikdən sonratədqiqat işi ilə əlaqədar görüləcək işlər müzakirə edilib.
Təravət Eyvazlı “Nüvələrin bölünmə enerjisinin bölünmə parametrindən və bölünmə bariyerindən asılılığı” mövzusunda (elmi rəhbər-dos.T.Bayramova) çıxış edib, iştirakçıların suallarını ətraflı cavablandırıb.
Sonda müzakirələr barədə ümumi fikirlər səsləndirilib, növbəti seminarın 23.10.2018 tarixində keçiriləcəyi elan olunub.