Home Aze Ru Eng

Professor Rasim Məmmədov ustad dərsi keçib.

17/05/2022

17 may 2022-ci il tarixində Fizika fakültəsinin növbəti elmi seminarında “Optika və molekulyar fizika” kafedrasının professoru Rasim Məmmədov Əlavə elektrik sahəli Metal – Yarımkeçirici Kontaktların İnnovativ tətbiq imkanları” mövzusunda məruzə ilə çıxış edib. O, bildirib ki, müasir elektron texnikasında diskret yarımkeçirici cihaz və inteqral sxemlərin komponentləri kimi geniş istifadə olunan Metal – Yarımkeçirici Kontaktların (MYK) əsas işçi parametrlərinin (ФВ, n, RC, ...) və xarakteristikalarının (I-V-T, C-V-T,...)  nəzəri və eksperimental nəticələri bir sıra hallarda kəskin fərqlənirlər. Belə anlaşılmazlıqlara aydınlıq gətirmək üçün diod və omik xarakterli MYK-da baş verən elektron proseslər ehtimal olunan real faktorların təsiri nəzərə alınmaqla dünyanın elmi mərkəzlərində geniş tədqiq edilir. Bu faktorlardan biri də real MYK-da BDU alimləri tərəfindən aşkar edilmiş yeni fiziki hadisənin - Əlavə Elektrik Sahəsinin (ƏES) yaranmasıdır. Kontakt səthinin məhdudluğu hesabına yaranan ƏES-in təsiri hesabına real MYK-nın işçi parametrləri və elektrik xarakteristikaları ideal MYK-nın müvafiq göstəricilərindən kəskin fərqlənirlər.

Məruzəçi real MYK-da metal və yarımkeçiricinin kontakt və sərbəst səthləri arasında potensiallar fərqinin əmələ gəlməsi nəticəsində ƏES-nin yaranmasının fiziki əsasları haqqında məlumatları təqdim etdi və müxtəlif konstruktiv quruluşa malik metal-GaAs, metal-Ga2O3, metal-GaN və digər kontaktlarda ƏES-nin yaranmasının Skanedici Zond Mikroskopiya metodları ilə tədqiqinin nəticələrin şərhini verdi. Göstərildi ki, real MYK-da ƏES kontakt periferiyası boyunca yarımkeçiricinin kontaktaltı hissəsini əhatə edərək, həcmi yüklərin işlək oblastını iki hissəyə ayırır. Bu səbəbdən, bir potensial çəpərli enerji quruluşlu ideal MYK-dan fərqli olaraq,  real MYK iki potensial çəpərli enerji quruluşuna malik olur. İki çəpərli real düzləndirici MYK-da cərəyan axını, ideal Şottki diodlarından fərqli olan səciyəvi xüsusiyətlərə malik termoelektron emissiya mexanizmi ilə müəyyən olunur.

R.Məmmədov qeyd etdi ki, real MYK üçün təklif olunan  iki potensial çəpərli enerji quruluşu və xarakterik cərəyan axını  mexanizmi Şottki diodlarının və omik kontaktların eksperimental qeyri-ənənəvi xarakteristikalarının düzgün elmi izahını təmin edir, eyni zamanda ƏES-li MYK əsasında innovativ xarakterli həm  foto-, termo-, tenzo-, elektrofiziki çeviricilər, həm də  yeni xassələrə malik yarımkeçirici cihazlar hazırlanmasına geniş imkan yaradır. Bu baxımdan, ƏES-li MYK əsasında yaradılan “Ətraf mühitin istilik enerjisini elektrik enerjisinə çevirən Yeni Növ Alternativ Cərəyan Mənbəyi”, “Metal və yarımkeçirici nanostruktur əsaslı Günəş Elementi” və s. kimi  elektron cihazları böyük elmi-praktiki əhəmiyət kəsb edir.


















Bookmark and Share