23.05.19-cu il tarixində magistrantların növbəti elmi seminarı dekan müavini dos. E.Ş.Ələkbərovun rəhbərliyi altında keçirildi. Seminarda Fizika fakültəsinin II kurs magistrantları Əliyeva Günəş, Quliyeva Günel, və Həşimova Nərgiz apardıqları elmi-tədqiqat işləri haqqında məruzə ilə çıxış etdilər.
Seminarda iştirak edən müəllim və tələbə heyəti məruzəçilərin çıxışlarını dinləyib onları maraqlandıran suallara cavab aldılar.
İlk olaraq “Astrofizika” kafedrasının magistrantı Əliyeva Günəşelmi məruzə ilə çıxış etmək üçün dəvət olundu. Dos Z.A.Səmədov rəhbərliyi ilə “Model üsulu ilə bir neçə ulduzların atmosferində metallığın təyini” mövzusunda çıxışı maraqla qarşılandı və sual-cavab əsasında müzakirə olundu. Ardınca “Maddə quruluşu” kafedrasının magistrantı Quliyeva Günel “Yüksək enerjili neytronların nüvələrdən difraksiya səpilməsi ” mövzusunda icra etdiyi elmi tədqiqat işinin nəticələrini təqdim etdi. Elmi rəhbəri prof S.Q.Əbdulvahabova məruzə ilə bağlı əlavə suallar verməklə tədqiqat işinin aktuallığı haqda söylənən rəylərə öz münasibətini bildirdi. Növbəti məruzə ilə, “Optika və molekulyar fizika ” kafedrasının magistrantı Həşimova Nərgiz “Qrip virusu peptidinin optimal konformasiyaların tədqiqi” mövzusunda çıxış etdi. Məruzə maraqla qarşılandı. Magistrantın Elmi rəhbəri prof. İ.N.Əliyeva və digər auditoriya iştirakçılarının verdikləri suallar əsasında mövzu daha dərindən təhlil olundu və tədqiqat işi ilə əlaqədar gələcəkdə görüləcək işlər haqda məlumat verildi. Beləliklə seminar rəhbəri tərəfindən çıxışlar və diskussiyalar dayandırılmaqla yekunlaşdırıldı. Növbəti seminarın 2019 cu ilin oktyabr ayında olacağı elan olundu.
Bu seminara hər bir maqistrant dəvətlidir.