Fizika fakültəsində Fizika bu gün adlı seminar keçirilib
28/02/2020
28 fevral 2020-ci ildə Fizika fakültəsi, Tələbə Elmi Cəmiyyətinin "Fizika bugün" adlı seminarı keçirildi. Seminarda TEC-in elmi rəhbəri Arif Orucov, dekan müavini Şəhla xanım, fakültə müəllimləri,elmi cəmiyyətin üzvləri və tələbələr iştirak etdi.
Seminar Arif Orucovun çıxışı ilə başladı. O, bu kimi seminarların tələbərin elmi biliyinin artırılmasında, onların fizikaya olan maraqlarının genişləndirilməsində və auditoriya qarşısında çıxış qabiliyyətinin artırılmasındaki əvəzsiz rolundan bəhs etdi. O qeyd etdi ki, belə müzakirələr əsasında tələbələr məlum fakt və ya hadisələrdən nəticə çıxarmağa, bu yolla onlara yeni biliklər vermək və həmçinin öyrənilənləri onların hafizəsində canlandırmaq, dərinləşdirmək, genişləndirmək, ümumiləşdirmək, tətbiq etmək imkanları yaradır. Seminarda II kurs magistr tələbəsi Güləhmədov Orxan "Triboelectric nanogenerator", III kurs tələbəsi Əsgərova Bənövşə və II kurs tələbəsi Səttarzadə Fidan isə "Ayın evalivasiyası" mövzularında çıxış etdilər. Hər çıxışın sonunda suallara cavab verildi və maraqlı müzakirələr aparıldı. Sonda Arif müəllimin bu kimi seminarların davamlı olaraq keçiriləcəyini bildirərək tələbələrin də aktiv olmasını tövsiyyə etdi.
Seminar iştirakçıların marağına səbəb oldu.