Fizika fakültəsində “Gənclər Günü”nə həsr olunmuş tədbir keçirilib
02.02.2022-ci il tarixində Bakı Dövlət Universiteti Fizika fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Microsoft Teams platforması üzərindən "Gənclər Günü" nə həsr olunmuş Panel görüş təşkil olunub. Görüşü Fizika fakültəsi Tələbə Gənclər Təşkilatının sədr müavini Fidan İsmailova açıq elan etdi. Sonra Fizika fakultəsinin 1-ci kurs tələbələri Nazlı Qasımova "Gənclər Günü" nün tarixi haqqında ətraflı məlumat verdi, Rəhimə Cavadzadə isə Tələbə Gənclər Təşkilatının onda yaratdığı təəssüratlar haqqında danışdı. Daha sonra Tələbə Gənclər Təşkilatının sədr müavini Fidan İsmailova Bakı Dövlət Universiteti Fizika fakültəsinin şəhid məzunları haqqında danışdı.Görüş zamanı Tələbə Gənclər Təşkilatının aktiv üzvü olan Nigar Məmmədova Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tarixi və fəaliyyəti haqqında iştirakçıları məlumatlandırdı. Sonda Fizika fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Təranə Məmmədova Gənclər sekrotu haqqında məlumat verib, görüşü yekunlaşdırdı.