Fizika fakültəsində professor-müəllim heyətinin, o cümlədən ETH-nin səmərələşdirici və patent-lisenziya işləri üzrə idarə aparatının əməkdaşlarının iştirakı ilə növbəti iclas keçirilib. Dekan, professor Məhəmmədəli Ramazanov iclasın gündliyi barədə məlumat verib. İclasda əsasən fakültədə çap olunan məqalələrin sayı ilə alınmış patentlərin sayı arasındakı böyük fərq olması məsələsi müzakirə edilib. Bu istiqamətdə aparılan araşdırma və müzakirələrdən sonra görülmüş elmi-tədqiqat işlərinin nəticələrinə istinadən patentlərin alınması qaydaları və yolları təklif olunub, fakültədə məhz bununla bağlı məsul şəxslərin təyin edilməsi barədə. razılığa gəlinib.