Home Aze Ru Eng

Fizika fakültəsində magistrantların elmi seminarı keçirilib

14/11/2017

Fizika  fakültəsində magistrantların növbəti elmi seminarı keçirilib. Dekan müavini, dosent Eldar Ələkbərovun rəhbərliyi ilə baş tutan seminarda II kurs magistrantları Şuraqızı Türkan, Sərdarova Sevda, Qüləyeva Asiyət və Eminova Elnarə apardıqları elmi-tədqiqat işləri haqqında məruzə ilə çıxış ediblər.

Yarımkeçirici cihazlar və mikroelektronika” kafedrasının magistrantı Şuraqızı Türkan “Yüksək optic həyəcanlanmada GaSe nanozərrəciklərinin fotolüminessensiyası ” (elmi rəhbər: professor Kazımzadə Aydın), Sərdarova Sevda  “ZnS1-xTex nazik təbəqələrinin optic xassələri” (elmi rəhbər: professor İbrahimov Hüseyn), “Nəzəri fizika” kafedrasının magistrantı Qüləyeva Asiyət “Bircins elektrik və maqnit sahəsində xətti harmonik ossilyator” ( elmi rəhbər: dosent Rəcəbov Mamed) və “Optika və molekulyar fizika” kafedrasının magistrantı  Eminova Elnarə (elmi rəhbər: fizika riyaziyyat elmləri doktoru Qocayev Niftalı) “Ala-Arg-Pro-Tyr Tetrapeptid fraqmentinin fəza quruluşu”  mövzularında tədqiqat işlərinin nəticələrini təqdim ediblər. Sonda müəllim-tələbə heyətinin sualları cavablandırılıb.

Növbəti seminar  28.11.2017 tarixinə təyin edilib. Fakültənin magistrantları dəvətlidir.

Bookmark and Share