Home Aze Ru Eng

Fizika fakültəsində magistrantların elmi seminarı keçirilib

12/12/2017

Fizika fakültəsində magistrantların növbəti elmi seminarı keçirilib.Dekan müavini, dosent Eldar Ələkbərovun rəhbərliyi ilə baş tutan seminarda II kurs magistrantları Həsənli Çinarə, Məmizadə Aysel, Əliyeva Xəyalə, Baliyeva Nurlanə və Mustafayev Elvin apardıqları elmi-tədqiqat işləri haqqında məruzə ilə çıxış ediblər.

“Nəzəri fizika” kafedrasının magistrantı Həsənli Çinarə “Elektron-pozitron toqquşmasında e-e+=Zħ(H) və  e-e+=Ah(H) proseslərinin tədqiqi”  (elmi rəhbər: professor Sərhəddin Abdullayev), “Fiziki elektronika” kafedrasının magistrantı  Məmizadə Aysel “Kripton qazı boşalmasının konstruksiyasının tədqiqi” (elmi rəhbər: dosent Qeys Qəribov), “Ümumi fizika” kafedrasının magistrantı  Əliyeva Xəyalə “Azərbaycanda müasir təhsil sistemində qiymətləndirmə” (elmi rəhbər: fizika riyaziyyat elmləri doktoru Nazim Nəsrullayev), “Fiziki elektronika” kafedrasının magistrantı  Baliyeva Nurlanə “Paylanmış dəyişən tutumlu uzun boruda ionlaşma dalğasının tədqiqi” (elmi rəhbər: dosent Mustafa Ağayev) və “Yarımkeçiricilər fizikası” kafedrasının magistrantı  Mustafayev Elvin “A3B6 birləşmələri əsasında hazırlanmış fotorezistorların tədqiqi” (elmi rəhbər: dosent Lüdmilla Həsənova) mövzularında tədqiqat işlərinin nəticələrini təqdim ediblər.Sonda müəllim-tələbə heyətinin sualları cavablandırılıb.

Növbəti seminar  26.12.2017 tarixinə təyin edilib. Fakültənin magistrantları dəvətlidir.

 

Bookmark and Share