31.10.17-ci il tarixində magistrantların növbəti elmi seminarı dekan müavini dos. E.Ş.Ələkbərovun rəhbərliyi altında keçirildi. Seminarda Fizika fakültəsinin II kurs magistrantları Babazadə Sevinc, Nuriyeva Lalə, Təhməzova Şəbnəm, Məmmədli Ağca və Vətənli Mehriban apardıqları elmi-tədqiqat işləri haqqında məruzə ilə çıxış etdilər. Seminarda iştirak edən müəllim və tələbə heyəti məruzəçilərin çıxışlarını dinləyib onları maraqlandıran suallara cavab aldılar.
İlk olaraq “Bərk cisimlər fizikası” kafedrasının magistrantı Babazadə Sevinc elmi məruzə ilə çıxış etmək üçün dəvət olundu. Dos. Mahmudov Mehdi rəhbərliyi ilə “Mürəkkəb profilli kvant çuxurunda ikiölçülü elektron qazının akustik fononlardan səpilməsi halında termoelektrik hərəkət qüvvəsi” mövzusunda çıxışı maraqla qarşılandı və sual-cavab əsasında müzakirə olundu. Ardınca “Bərk cisim elektronikası” kafedrasının magistrantı Nuriyeva Lalə “Mo/AG/ZnTe/CdTe/CdS/-heteroquruluş əsasında hazırlanmış tenzorezistor-ların əyilmə deformasiyasında parametrlərin təyini” mövzusunda icra etdiyi elmi tədqiqat işinin nəticələrini təqdim etdi. Elmi rəhbəri dos. Həsənov Vaqif məruzə ilə bağlı əlavə suallar verməklə tədqiqat işinin aktuallığı haqda söylənən rəylərə öz münasibətini bildirdi. Növbəti məruzə ilə, “Yarımkeçiricilər fizikası” kafedrasının magistrantı Təhməzova Şəbnəm “Lazer şüalarının təsiri ilə Cu3İn5S9 monokristalında lüminessensiyanın və fotokeçiriciliyin tədqiqi” mövzusunda çıxış etdi. Məruzə maraqla qarşılandı. Magistrantın Elmi rəhbəri dos. Məhəmmədov Əlinağı və digər auditoriya iştirakçılarının verdikləri suallar əsasında mövzu daha dərindən təhlil olundu və tədqiqat işi ilə əlaqədar gələcəkdə görüləcək işlər haqda məlumat verildi. Növbəti məruzəçi “Maddə quruluşu” kafedrasının magistrantı Məmmədli Ağca dos. Bayramova Tünzalənin rəhbərliyi ilə “Nilson potensialına görə bir sıra nadir torpaq elementlərinin birzərrəcikli hallarının spin və cütlüyünün təyini” mövzusunda görülən işlərlə əlaqədar çıxış etməklə yanaşı seminar iştirakçıları tərəfindən verilən sualları ətraflı cavablandırırdı. Son olaraq “Maddə quruluşu ” kafedrasının magistrantı Vətənli Mehriban elmi rəhbəri dos. Barxalova Niyalın rəhbərliyi ilə “Üç ekvivialent nuklon üçün birzərrəcikli qohumluq əmsalları” mövzusunda çıxış etdi. Məruzə maraqla qarşılandı. Beləliklə seminar rəhbəri tərəfindən çıxışlar və diskussiyalar dayandırılmaqla yekunlaşdırıldı. Növbəti seminarın 14.11.2017 tarixində olacağı elan olundu.
Bu seminara hər bir maqistrant dəvətlidir.