Dekan müavini, dosent Eldar Ələkbərovun rəhbərliyi ilə baş tutan seminarda II kurs magistrantları Mürsəliyeva Xədicə, Məmmədli Gülçin, Məmmədli Jalə, Atakişiyeva Jalə apardıqları elmi-tədqiqat işləri haqqında məruzə ilə çıxış ediblər.
Maddə quruluşu kafedrasının magistrantı Mürsəliyeva Xədicə “Qamma şüalanmanın reaktor materiallarından olan SiO2-də yaratdığı defektlər” (elmi rəhbər: fəlsəfə elmlər doktoru Hüseynov Elçin), “Maddə quruluşu” kafedrasının magistrantı Məmmədli Gülçin “PVP-Dekstran-su-ikifazalı sisteminin fiziki-kimyəvi xassələri” (elmi rəhbər: dosent Həsənov Alim), “Nəzəri və riyazi fizika” kafedrasının magistrantı Məmmədli Jalə “Dirak tənliyinin Vud-Sakson potensialı üçün spin və psevdospin simmetrik həlləri” (elmi rəhbər: fizika-riyaziyyat elmlər namizədi, dosent Bədəlov Vətən ) və “Maddə quruluşu” kafedrasının magistrantı Atakişiyeva Jalə “Nüvə reaktorlarında neytron tutucularından olan borda müxtəlif mühitlərdə gedən radiasion proseslər” (elmi rəhbər: fəlsəfə elmlər doktoru Hüseynov Elçin) mövzularında tədqiqat işlərinin nəticələrini təqdim ediblər. Sonda müəllim-tələbə heyətinin sualları cavablandırılıb.
Növbəti seminar 10.05.2018 tarixinə təyin edilib.