Home Aze Ru Eng

Fizika fakültəsində magistrantların növbəti elmi seminarı keçirilib

02/04/2018

Fizika fakültəsində magistrantların növbəti elmi seminarı keçirilib.Dekan müavini, dosent Eldar Ələkbərovun rəhbərliyi ilə baş tutan seminarda II kurs magistrantları Əhmədova Elnarə, Muradova Yeganə, Hacıyeva Nabat, Məmmədova Gülnar, Rzazadə Aytəkin apardıqları elmi-tədqiqat işləri haqqında məruzə ilə çıxış ediblər.
“Optika və molekulyar fizika” kafedrasının magistrantı Əhmədova Elnarə “Su-polietenqlinol sistemlərində struktur xüsusiyyətləri”  (elmi rəhbər: fizika riyaziyyat elmləri namizədi, dosent Paşayev Bəxtiyar), “Fiziki elektronika” kafedrasının magistrantı  Muradova Yeganə “GaAs üzərində alınmış CdZnSSe nazik təbəqəsi və fotoelektrik çeviriciləri” (elmi rəhbər: f.ü.f.d  Məmmədov Vüsal), “Fiziki elektronika” kafedrasının magistrantı  Məmmədova Gülnar  “p-GaSe<Ho> kristalları əsasında elektrolüminessent çeviricilər” (elmi rəhbər: professor Abdinov Əhməd), “Nəzəri və riyazi fizika” kafedrasının magistrantı  Hacıyeva Nabat  “Xətti siqma modelində səpilmə prosesinin səpilmə uzunluğunun hesablanması”  (elmi rəhbər: dosent Əhmədov Azər) və “Fiziki elektronika” kafedrasının magistrantı  Rzazadə Aytəkin “Dispoziumla aşqarlanmış İnSe kristalları əsasında elektrolüminessent işıq mənbələri” (elmi rəhbər: professor Abdinov Əhməd) mövzularında tədqiqat işlərinin nəticələrini təqdim ediblər. Sonda müəllim-tələbə heyətinin sualları cavablandırılıb.  Növbəti seminar  12.04.2018 tarixinə təyin edilib. Fakültənin magistrantları dəvətlidir.

Bookmark and Share