Home Aze Ru Eng

Fizika fakültəsində magistrantların növbəti elmi seminarı keçirilib

11/05/2018

Dekan müavini, dosent Eldar Ələkbərovun rəhbərliyi ilə baş tutan seminarda II kurs magistrantları Həsənova Mətanət, Novruzova Günay və Dadaşova  Nərminə  apardıqları elmi-tədqiqat işləri haqqında məruzə ilə çıxış ediblər.  “Nanomaterialların kimyavi fizikası”  kafedrasının  magistrantı Həsənova Mətanət  “PP+Fe3O4 əsaslı nanokompazit materialların quruluş və xassələrinə maqnit sahəsində işlənmənin təsiri” (elmi rəhbər: professor Məhəmmədəli Ramazanov), “Maddə quruluşu” kafedrasının magistrantı Novruzova Günay “Su+Polivinilpirrolidon sisteminin struktur xüsusiyyətləri ” (elmi rəhbər: professor Eldar Məsimov) və  “ Nanomaterialların kimyavi fizikası ” kafedrasının magistrantı Dadaşova  Nərminə “Kristallaşma mühitinin parametrlərinin nanihissəciklərin struktur quruluş və stexiometriyasına təsiri” (elmi rəhbər: dosent Mustafa Muradov )  mövzularında tədqiqat işlərinin nəticələrini təqdim ediblər. Sonda müəllim-tələbə heyətinin sualları cavablandırılıb. Növbəti seminar 24.05.2018 tarixinə təyin edilib. Arzu edənlər iştirak edə bilərlər.

Bookmark and Share