Fizika fakültəsində magistrantların növbəti elmi seminarı keçirilib.Dekan müavini, dosent Eldar Ələkbərovun rəhbərliyi ilə baş tutan seminarda II kurs magistrantları Quliyeva Aydan, Məmmədova Kəbirə, İsmayılova Şəlalə və Rəciyeva Ülviyyə apardıqları elmi-tədqiqat işləri haqqında məruzə ilə çıxış ediblər.
“Ümumi fizika və fizikanın tədrisi metodikası” kafedrasının magistrantı Quliyeva Aydan “TlİnTe2 kristalında sıçrayışlı keçiricilik” (elmi rəhbər: dosent Cabbarov Cabbar), “Fiziki elektronika” kafedrasının magistrantı Məmmədova Kəbirə “TlGaSe2 kristal tipli yarımkeçiricilərdə ion keçiriciliyinin tədqiqi” (elmi rəhbər: professor Mehdiyev Nizami), “Astrofizika” kafedrasının magistrantı İsmayılova Şəlalə “Günəş küləyinin fiziki xarakteristikaları və dalğa turbulensiyası problemi” (elmi rəhbər: f.r.e.n Cəlilov Namiq) və “Ümumi fizika və fizikanın tədrisi metodikası ” kafedrasının magistrantı Rəciyeva Ülviyyə “Ümumtəhsil məktəblərində fizikanın tədrisində ekoloji məsələlər” (elmi rəhbər: professor Nurullayev Yusif) mövzularında tədqiqat işlərinin nəticələrini təqdim ediblər. Sonda müəllim-tələbə heyətinin sualları cavablandırılıb. Növbəti seminar 26.04.2018 tarixinə təyin edilib.