Dekan müavini, dosent Eldar Ələkbərovun rəhbərliyi ilə baş tutan seminarda II kurs magistrantları Əsədova Şəbnəm, Eyvazlı Çinarə, Mikayılova Nəzrin, Quliyeva Səlimə və Baxşiyeva Gülnaz apardıqları elmi-tədqiqat işləri haqqında məruzə ilə çıxış ediblər. “Bərk cisimlər fizikası” kafedrasının magistrantı Əsədova Şəbnəm “Üçbucaq şəkilli potensial çuxurda elektron qazının Fermi səviyyəsi” (elmi rəhbər: dosent Bədəlov Vətən), “Optika və molekulyar fizika” kafedrasının magistrantı Eyvazlı Çinarə “Bitki mənşəli melaninl ərin Fe2+ ionları ilə kompleks birləşmə əmələ gətirməsi və onların bir sıra struktur xüsusiyyətlərinin tədqiqi” (elmi rəhbər: fizika riyaziyyat elmlər namizədi Bağırov Rafiq), “Fiziki elektronika” kafedrasının magistrantı Mikayılova Nəzrin “p-Si/məsaməli-Si/nanoquruluşlu-CdS heterostrukturları əsasında çevirici və qeydedicilər” (elmi rəhbər: dosent Məmmədov Hüseyn), “Nanomaterialların kimyəvi fizikası” kafedrasının magistrantı Quliyeva Səlimə “Dəmir-oksid nanoklasterlərinin elektron-fəza quruluşunun kvant mexaniki üsullarla tədqiqi” (elmi rəhbər: dosent Nəbiyev Naqif) və “Bərk cisimlər fizikası” kafedrasının magistrantı Baxşiyeva Gülnaz “Термоэлектрические явления в двумерных электронных системах при рассеянии на оптических фононах” (elmi rəhbər: professor Sofa Fiqarova) mövzularında tədqiqat işlərinin nəticələrini təqdim ediblər. Sonda müəllim-tələbə heyətinin sualları cavablandırılıb. Növbəti seminar 29.03.2018 tarixinə təyin edilib. Arzu edənlər iştirak edə bilər.