Dekan müavini, dosent Eldar Ələkbərovun rəhbərliyi ilə baş tutan seminarda II kurs magistrantları Məhərrəmova Güllər, Quliyeva Gülşən və Hüseynsoy Rahid apardıqları elmi-tədqiqat işləri haqqında məruzə ilə çıxış ediblər.
“Nanomaterialların kimyavi fizikası” kafedrasının magistrantı Məhərrəmova Güllər “PP+PbS/CdS əsaslı hibrid nanokompazisiya materiallarının alınması, quruluş və xassələrinin tədqiqi” (elmi rəhbər: dosent Flora Hacıyeva), “Ümumi fizika” kafedrasının magistrantı Quliyeva Gülşən “LiGaS2 və BaGaS7 halkogenid kristallarında optik parametrik qarşılıqlı təsir ” (elmi rəhbər: professor Rəna Qasımova) və “ Ümumi fizika ” kafedrasının magistrantı Hüseynsoy Rahid “Cu3İn5Se9 monokristalın alınması və termoelektrik xassələrin tədqiqi” (elmi rəhbər: professor Qəhrəmanov Nadir ) mövzularında tədqiqat işlərinin nəticələrini təqdim ediblər. Sonda müəllim-tələbə heyətinin sualları cavablandırılıb. Növbəti seminar 24.05.2018 tarixinə təyin edilib. Hər kəs dəvətlidir.